96 sərnişin saxlanılıb? BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

96 sərnişin saxlanılıb? BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə