Cinli kəndi ərazisində narkotik aşkar edilib FOTO

Cinli kəndi ərazisində narkotik aşkar edilib FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə