Türkiyədə dəhşətli partlayış baş verib

Türkiyədə dəhşətli partlayış baş verib
Türkiyədə dəhşətli partlayış baş verib. SİA-nın ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulda Etilərdə Qoç körpüsü altında Bakı vaxtı ilə saat 11 radələrində zibil qutusuna qoyulduğu güman edilən bomba partlayıb. Bombanın mobil telefon vasitəsilə işə salındığı güman edilir. Hadisə yerinə çoxlu sayda polis və xilasetmə qrupları cəlb edilib. Araşdırmalara görə, hadisə nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. İkinci partlayışın da olması ehtimal edilir. Bu səbəbdən də ərazidə mobil telefon şəbəkəsi müvəqqəti olaraq söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə