Paytaxtda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub. SİA DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mayın 9-da F.İsmayılovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əşrəfov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə