13 cinayətin üstü açıldı DİN MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) mayın 11-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 27 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə