Xətai rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakının Xətai rayonunda ölümlə yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə "8 Noyabr" prospektində qeydə alınıb.

1960-cı il təvəllüdlü Vəliyeva Kifayət Vəli qızı yolu keçərkən onu “Chevrolet” markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...