Kamran Əliyev xəstəxanalarda aşkarlanan QANUNSUZLUQDAN DANIŞDI

Koronavirus xəstələrinin müalicə olunduğu klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib. "İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək", - deyə Baş prokuror vurğulayıb.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə