"Terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir" - Kamran Əliyev

Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. Baş prokuror bildirib ki, bununla bağlı istintaq işləri davam etdirilir: "Onlara qarşı konkret cinayət işi ilə bağlı ittiham irəli sürülüb. Bunlardan biri - livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Onun barəsindəki cinayət işinə beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə