Abşeronda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Abşeronda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Abşeronda piyadanı vurub öldürərək hadisə yerindən uzaqlaşan, 99-CF-591 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində saxlanılıb.

SİA xəbər verir ki, avtomobil cərimə meydançasına, sürücü isə Abşeron Rayon Polis idarəsinə gətirilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Xəlilova Səadət Çərkəz qızı “Noil” yanacaq doldurma məntəqəsinin qarşısında yolu keçərkən onu avtomobil vurub. Daha sonra piyadanın öldüyünü görən sürücü hadisə yerindən yayınıb. Yoldan keçən digər nəqliyyat vasitələri piyadanın üzərindən keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə