Mayın 5-i axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Şabranın Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alıb. Qəzada xəsarət alan şəxslər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB