Lənkəranda dəhşətli hadisə

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilmişdir.

Qeyd edək ki, hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...