Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub

Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə