Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Gülbala Əliyev küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Məmmədov Səfa Səfalı oğlu dostu Ceyhun adlı şəxslə mübahisə edən zaman bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə