"EuroHome"un direktoru məhkəmə zalında həbs edilib

"EuroHome"un direktoru məhkəmə zalında həbs edilib

"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov həbs edilib. SİA-nın məlumatına görə, Binəqədi rayon məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə bazarın direktoru Samir Məmmədov və Amil Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə hakim təqsirləndirilən şəxs Samir Məmmədov barəsində olan polis nəzarətində qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi barədə qərardad çıxarıb və o məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, "EuroHome" MMC-nin direktoru S.Məmmədov və Amil Salmanov Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunur.

"EuroHome" tikinti materialları bazarında ötən il iki dəfə böyük yanğın hadisəsi baş verib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, ötən müddət ərzində isə ümumilikdə 3 206 917 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə