Bakıda cibgirlik hadisəsi baş verib

Bakıda cibgirlik hadisəsi baş verib

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyat vasitəsi olan avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, əməliyyat zamanı əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş şəxslər Sumqayıt şəhər sakini Nəsimi Babayev və paytaxt sakini Mirfədayi Mircəfərli saxlanılıblar. Bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda 25 nəfərin cibindən pul, telefonlar və digər qiymətli əşyalar oğurladıları məlum olub. Nəsimi Babayev cibgirlik etdikdən sonra əldə etdiyi əşyaları yanında dayanan Mirfədayi Mircəfərliyə ötürübmüş.

Qeyd edək ki, Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə