Aprelin 25-də saat 08 radələrində Abşeron rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binadan fəhlə yıxılaraq ölüb. Baş Prokurorluqdan SİA-ya verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada tikinti işlərinə cəlb olunmuş 1997-ci il təvəllüdlü Quliyev Niyamməddin Nizaməddin oğlu binanın 14-cü mərtəbəsindən yıxılıb və hadisə yerində ölüb.
Qeyd edək ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB