Onlar köməksiz qaldılar

Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 2-si azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə