Aprelin 24-nə keçən gecə İrəvan yaxınlığında zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yerli vaxtla 03:54-də 2,3 bal gücündə zəlzələ ərazi seysmik mühafizə xidmətinin seysmik şəbəkəsi tərəfindən qeydə alınıb və İrəvanın 15 km cənub-şərqində qeydə alınıb.
Qeyd olunur ki, zəlzələnin mənbəyi 10 km dərinlikdə olub. Zəlzələnin ocağındakı yeraltı təkanların gücü 3 bal hesablanıb. İrəvanda zəlzələ hiss olunub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB