Gəncədə ağır qəza: bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb
Gəncə şəhərində 3 avtomobilin zəncirvari qəzası nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə yaralanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin "Sovxoz Nizami"adlanan ərazisində baş verib. "Mercedes", "VAZ 21015" və "Hyundai"markalı avtomobillərin toqquşması zamanı "VAZ 21015" markalı avtomobildə olan sərnişinlərdən biri - 1980-ci il təvəllüdlü Hicran İsayeva hadisə yerində dünyasını dəyişib. Daha iki nəfər - 1973-cü il təvəllüdlü Cehyun Mirzəyev və 1994-cü il təvəlıüdlü Əkbərov Ərizə Azər oğlu müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB