Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki köşklərin birindən 60 manat pul və 2000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB