Saatlı rayonunun Soltanabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 22-də saat 21 radələrində Saatlı rayonunun Soltanabad kəndi ərazisində kənd sakini Asif Tarverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Qədir Mirzəyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə