Avtomobillə vurulan piyada xəstəxanada öldü

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 22-də saat 2 radələrində Nəsimi rayonu ərazisində Şəmkir rayon sakini E.Səfərli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mahir Abbasovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə