Saatlıda “VAZ 2106” markalı avtomobil 50 yaşlı kişini vuraraq öldürüb

Saatlıda “VAZ 2106” markalı avtomobil 50 yaşlı kişini vuraraq öldürüb

Saatlı rayonunun Soltanabad kəndində yol qəzası qeydə alınıb.

SİA-nın məlumatına görə, “VAZ 2106” markalı avtomobil yolu keçən Saatlı rayonunun Soltanabad kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə