Ağır qəza: 1 ölü, 5 yaralı

Füzuli rayonunun Üçbulaq kəndi ərazisində yol-nəliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 21-də saat 7 radələrində Füzuli rayonunun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L200” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə