Bakıda xadimə evdən külli miqdarda pul oğurladı

Bakıda xadimə evdən külli miqdarda pul oğurladı

Yasamal rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 23000 manat pul və 15000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə