Ana və övladının öldüyü qəza ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Hava Limanı yolunda ana və övladının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

SİA-nın nazirliyin rəsmi saytına istinadən məlumına görə, aprelin 19-da saat 21 radələrində Sabunçu rayonu ərazisində Yevlax rayon sakini T.Tağıyev idarə etdiyi "Ravon" markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Gülnar Yunislini, oğlu Yusmiri və bacısı F.Cəfərovanı vurub. Nəticədə G.Yunisli və oğlu hadisə yerində ölüb, F.Cəfərova xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə