Keçmiş məhkum oğurluq üstündə tutuldu

Moped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da paytaxt sakini Ə.Hacıyevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Dadaşov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə