Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, zəlzələ Türkiyənin Kütahya şəhərində qeydə alınıb. Eyni zamanda Simav qəsəbəsində bu gün 4,2 bal gücündə yeraltı təkanlar hiss edilib. Boğaziçi Universiteti Kandilli Zəlzələ Araşdırma Mərkəzinin yaydığı məlumata görə, zəlzələdən təxminən 2 saat sonra 3,1 və 4 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələni müvəqqəti çadırlarda hiss edən Simav sakinləri insan itkisi və dağıntıların olmaması ilə təsəlli tapıb.

Qeyd edək ki, mayın 19-da baş vermiş zəlzələdən sonra Kütahyada, xüsusilə də, Simav qəsəbəsində 1000-dən çox zəlzələ qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə