Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Hadisə zamanı 3 nəfəri "Ravon" markalı avtomobili vurub. Nəticəsində 1993-cü il təvəllüdlü Yuniszadə Gülnar Vasif qızı və onun oğlu 2012-ci il təvəllüdlü Yusmir Yuniszadə dünyasını dəyişib, G.Yuniszadənin bacısı, 1996-cı il təvəllüdlü Cəfərzadə Fidan Vasif qızı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə