Sabirabadda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb. Ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə