Yas mərasimi təşkil edənlər cərimələniblər

Masallı Rayon Polis Şöbəsinə rayonun Köhnə Alvadı kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib, xüsusi karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb. Mərasimin keçirilməsinin qarşısı alınıb.

Yas mərasimini təşkil edən və orada olan 7 nəfər barəsində xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...