Hindistanın şərqində yerləşən Bihar ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ştatın Madhubani rayonu ərazisində sərnişin qatarı ilə minik avtomobilinin toqquşması 21 nəfərin ölümünə, 1 nəfərin isə xəsarət almasına səbəb olub. Hadisə ştatın inzibati mərkəzi olan Patna şəhərindən 160 km aralıda, Bharia-Bişanpur yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
Ərazidə müvafiq işlər görülüb, yaralılar xəstəxanalara yerləşdirilib. İlkin ehtimala görə, qəzaya minik avtomobilinin sürücüsünün ehtiyatsızlığı səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB