Mingəçevirdə pəncərənin şüşəsi qırılaraq 15 yaşlı qızın üzərinə tökülüb

Mingəçevirdə ehtiyatsızlıq üzündən pəncərənin şüşəsi qırılaraq 2006-cı il təvəllüdlü Səlimova Nuray Anar qızının üzərinə tökülüb.

SİA-nın məlumatına görə, hadisə M.Maqomayev küçəsi, 4 ünvanında baş verib.

Hadisə nəticəsində şüşə parçaları N.Səlimovanın sol qol və bilək nahiyəsini kəsib.

Xəstəxanaya yerləşdirilən yeniyetmə əməliyyat olunduqdan sonra vəziyyəti stabilləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə