ABŞ-da tornado 300 nəfərin ölümünə səbəb olub

ABŞ-da tornado 300 nəfərin ölümünə səbəb olub

ABŞ-ın Mərkəzi Qərb hissəsində bir neçə tornado qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 30 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Hadisə ölkənin Minnesota və Missuri ştatlarına ciddi ziyan vurub. Həmin ərazilərdə elektrik və rabitə xətləri sıradan çıxıb, tikililər zədələnib, ağaclar qırılıb. Yaranmış vəziyyətlə əlaqədar müvafiq işlər görülür.

Qeyd edək ki, cari ilin may ayı ərzində ABŞ ərazisində baş vermiş tornado hadisələri təxminən, 300 nəfərin ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə