Adam oğurluğu maddəsilə axtarışda olan şəxs tutulub

Adam oğurluğu maddəsilə axtarışda olan şəxs tutulub

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 144.1-ci (adam oğurluğu) maddəsilə axtarışda olan Töhfə Cəfərova mayın 23-də tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 12-nə keçən gecə Bakı şəhər sakini Ramin Qurbanova məxsus Ə.Məmmədəliyev küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 13 ədəd mobil telefon və 172 manat oğurlanıb. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sabunçu qəsəbə sakini Mirhüseyn Məmmədov mayın 23-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə