İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, İdarənin Biləsuvar gömrük postunda İrandan idarə etdikləri "Dong Feng" markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə