Bakıda iki ofisdən oğurluq edildi

Xətai rayonu ərazisindəki iki ofisdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Bayramlı və A.Məlikov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki bir ofisdən 1300 manat dəyərində noutbuk, printer, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən isə 1300 manat dəyərində televizor, 2 ədəd telefon, xalça və çaydan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Bayramlı və A.Məlikov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə