Evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 14-də respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 16 nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyəti nisbətən ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...