Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu, Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə