Şirvan sakinindən silah-sursat götürüldü

Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini S.Cəfərovdan silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovdan “Makarov” tipli tapança, 1 ədəd patron sandığı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...