Sumqayıt dəmir yolu stansiyasının ərazisindəki bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən R.Abdulov saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Sumqayıt dəmir yolu stansiyasının ərazisindəki bir avtomobildən qaynaq aparatı, 130 metr elektrik naqili və 100 ədəd elektrod oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Abdulov saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...