Avtomobillər toqquşdu: ölən və yaralılar var

Göygöl şəhəri ərazisində “VAZ-2106” və “KHAZAR” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 12-də saat 11 radələrində Göygöl şəhəri ərazisində şəhər sakini İ.İsmayılovun idarə etdiyi “VAZ-2106” və Beyləqan rayon sakini M.Pəsiyevin idarə etdiyi “KHAZAR” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və iki sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən 1 yaşlı Bahar xəstəxanada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə