Avtomobillə vurulan piyada xəstəxanada öldü

Ucar rayonunun Pirkənd kəndi ərazisində “KİA” markalı avtomobillə Yevlax şəhər sakini G.Abbasova vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 12-də saat 20 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində Bakı şəhər sakini M.Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Yevlax şəhər sakini G.Abbasovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə