Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Abşeron rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilinən F.Qasımova saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2000 manat və 13060 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə