Gəncə şəhəri ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da şəhər ərazisində bir avtomobildən 240 manat pul, 2 ədəd səsgücləndirici və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ə.İsmayılov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə