Hacıqabulda yanğın

Hacıqabul rayonunun Navahı qəsəbəsində ümumi sahəsi 400 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə