Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən C.Məmmədli saxlanılıb. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki evlərin birindən 5400 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini C.Məmmədli saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə