Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Dodge” markalı avtomobillə Mingəçevir şəhər sakini A.Abdullayev vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 11-də saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “Dodge” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini A.Abdullayevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB