İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, obyektə baxış zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub. Polislər tərəfindən şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Karantin qaydalarını pozan icarədara ciddi xəbərdarlıq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...