Rusiyanın Leninqrad bölgəsindəki Svetoqorsk şəhərindəki döyüş sənəti məşqçisi Viktor Pestov yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi zorakılıq törətdiyinə görə 15 il həbs cəzasına məhkum edilib. Verilən məlumata görə, 69 yaşlı mütəxəssis hazırda yeddi epizod üzrə üç cinsi təcavüz hadisəsində günahlandırılır. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Leninqrad şəhər məhkəməsi döyüş sənəti məşqçisini bu ittihamlarda təqsirli bilərək, onu ağır rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum edib. Bundan əlavə, gələcəkdə onun uşaqlarla işləməsinə də qadağa qoyub.

Maraqlıdır ki, Pestov Leninqrad bölgəsində kifayət qədər tanınmış bir insan kimi təqdim olunur. İdman ustasıdır, fəxri ad daşıyır.

Məşqçi, orduda xidmət etdiyi zaman, yəni 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarının təhlükəsizliyinin təmin olunmasında da iştirak edib.

A. Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə